“Çelsi” klubunun mərakeşli yarımmüdafiəçisi Hakim Ziyeş icarə əsasında “Milan”a keçə bilər.
Offsideplus.az xəbər verir ki, o, London təmsilçisinin baş məşqçisi Tomas Tuxelin növbəti mövsüm üçün planlarına daxil edilməyib. İtaliyanın son çempionu 29 yaşlı futbolçunu almaq şərti ilə icarəyə götürmək istəyir.
Qeyd edək ki, Ziyeş ötən mövsüm “Çelsi”nin heyətində bütün turnirlərdə 44 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.