"Mançester Siti" klubunun və Belçika yığmasının futbolçusu Kevin de Brüyne UEFA-nın A səviyyəli məşqçilik lisenziyasını alıb.

Offsideplus.az xəbər verir ki,  UEFA A kateqoriyalı məşqçilik lisenziyası 2-ci səviyyəli hesab olunur. Ən yüksək dərəcə isə Pro kateqoriyasıdır. A səviyyəli məşqçilik lisenziyası ilə 18 yaşadək gənclərdən ibarət komandalara, yüksək divizionlardan olan klubların ikinci komandalarına, eləcə də ölkənin ikinci ən vacib divizionunda çıxış edən komandalara baş məşqçilik etmək mümkündür.

Qeyd edək ki, 30 yaşlı yarımmüdafiəçi 2015-ci ildən "Mançester Siti"də, 2010-cu ildən Belçika millisində çıxış edir.