"Tottenham" klubu futbolçusuyla yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi gənc oyunçu Deyn Skarlettlə yeni müqavilə imzalayıb. 18 yaşlı hücumçu ilə imzalanan sözləşmənin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulur.

Qeyd edək ki, Deyn Skarlett "Tottenhem"in yetirməsidir. Gənc forvard başa çatan mövsümdə paytaxt klubunun əsas komandasında 7 matçda meydana çıxıb.