"Yuventus"un futbolçusu Rodriqo Bentankur karyerasını "Aston Villa"da davam etdirə bilər.

 Offsideplus.az xəbər verir ki, "şirlər" 24 yaşlı yarımmüdafiəçi üçün Turin klubuyla danışıqlara başlayıb. Adıçəkilən oyunçunun "qoca sinyora"yla sözləşməsi 2024-cü ildə yekunlaşır.

Qeyd edək ki, 2017-ci ildən "Yuventus"da çıxış edən uruqvaylı bu mövsüm 25 matçda 3 məhsuldar ötürmə edib.