"Tottenhem" futbolçusu Dele Alli komandadan ayrılacaq.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi London təmsilçisində xoşbəxt deyil. Artıq "mahmızlar" futbolçunun gedişi üçün razılıq verib.
Allinin hazırkı müqaviləsi 2024-də başa çatır.
Qeyd edək ki, İngiltərə millisinin üzvü 2015-ci ildən "Tottenhem"də çıxış edir.