"Mançester Siti" klubunun zədəli futbolçusu Ferran Torresin durumuna aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xosep Qvardiola məlumat verib.
50 yaşlı ispaniyalı mütəxəssis həmyerlisinin ayağı sındığı üçün 3 ay yaşıl meydanlardan kənarda qalacağını açıqlayıb.
Qeyd edək ki, Ferran Torres Fransaya 1:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının final görüşündə sıradan çıxıb.