İngiltərənin “Çelsi” klubu futbolçusu Antonio Rudigerə yeni müqavilə təklif edib.
Offsideplus.az-ın məlumatına görə, London təmsilçisi almaniyalı müdafiəçi ilə sözləşməni uzatmaq üçün Rudigerin maaşını ikiqat artırılmağa razıdır.
Bir il əvvəl klubun onu satmaq istəməsindən narazı qalan Antonio isə getmək fikrində israrlıdır.
“Real” və PSJ-nin maraq dairəsində olan almaniyalı bu iki klubdan birinə keçmək istəyir.
“Çelsi”nin almaniyalı baş məşqçisi Tomas Tuxel futbolçu ilə bu mövzunu şəxsən müzakirə edəcək.
Qeyd edək ki, Rudigerin müqaviləsi mövsümün sonuna qədərdir.