Futbol kralı Pele İnstagram səhifəsində Kriştianu Ronalduya müraciət edib.

Offsideplus.az xəbər verir ki, braziliyalı əfsanə Ronaldunun “Mançester Yunayted”ə keçidindən sonra ona uğurlar arzulayıb:

“Dünyanı fəth edib evə qayıtmaqdan yaxşı heç nə yoxdur. Hər zaman xoşbəxt ol, Kriştianu”

Qeyd edək ki, Ronaldu 2003-2009-cu illərdə İngiltərə təmsilçisinin formasını geyinib. 2009-2018-ci "Real", 2018-2021-ci illərdə isə "Yuventus"un şərəfini qoruyan 36 yaşlı futbolçu, bir neçə gün əvvəl "Mançester Yunayted"ə qayıdıb.