"Arsenal"ın futbolçusu Eynsli Meytlend-Nayls komandadan ayrılmaq istədiyini dilə gətirib.

Offsideplus.az xəbər verir ki, İnstaqram hesabında paylaşım edən 24 yaşlı yarımmüdafiəçi bu sözləri yazıb:

"Arzuladığım yeganə şey istənildiyim və futbol oynaya biləcəyim yerə getməkdir". 

 Qeyd edək ki, ingiltərəli futbolçunun "Everton"a keçidi gözlənilsə də, "Arsenal" bu təklifi rədd edib.