Almaniyanın "Frayburq" klubunda forma geyən Çağlar Söyüncü açıqlama verib.

Offsideplus.az xəbər verir ki, Türkiyə millisinin üzvü adının "Arsenal"la hallanmasına münasibət bildirib:

"İngiltərənin ən iddialı klublarından olan "Arsenal"ın mənimlə maraqlandığını bilirəm. Ancaq indi dəqiqləşən nəsə yoxdur. Millinin təlim-məşq toplanışından sonra başım rahat olacaq və transfer məsələsi ilə rahat məşğul olacam. Türkiyəyə geri qayıtmaq fikrində deyiləm. Bacardığım qədər ölkəmi Avropada təmsil etmək fikrim var".

22 yaşlı müdafiəçi "Altınordu" yetirməsidir. Çağlar 2016-cı ildə "Frayburq"a transfer olub.