Türkiyə millisi və "Fənərbağça"nın futbolçusu Ozan Tufana İngiltərə Premyer Liqası klubu "elçi düşüb".
Offsideplus.az "Milliyet"ə istinadən xəbər verir ki, "Uatford" klubu 26 yaşlı yarımmüdafiəçi üçün "sarı-lacivərtlər"ə rəsmi təklif göndərib. Premyer Liqa təmsilçisi futbolçunu birbaşa transfer şərti ilə icarəyə götürmək istəyir. İcarənin 1-2 il müddətində olacağı bildirilir.
"Fənərbağça"nın bu təklifə müsbət yanaşdığı vurğulanıb.
Qeyd edək ki, "Adanademirspor"la I tur matçında (1:0) "Fənərbağça" Ozan Tufanı ehtiyatda saxlamışdı.