"Çelsi"nin futbolçusu Olivye Jiru komandadan ayrılıb.

Offsideplus.az xəbər verir ki, o, bu barədə şəxsi "tvitter" hesabında paylaşım edib. O, paylaşımında klubla vidalaşdığını qeyd edib:
"Yeni macəraya başlayıram. Kubokdakı, Avropa Liqası və Çempionlar Liqasındakı zəfərlərimiz möhtəşəm idi. Azarkeşlərə, komanda yoldaşlarıma, məşqçilərimə və kluba bu xüsusi anlar üçün təşəkkür edirəm".

Jirunun "Milan"a transferi gözlənilir.