"Lester" heyətini zambiyalı hücumçu ilə gücləndirib.

Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "tülkülər" Patson Dakanı transfer edib. Daka ilə 5 illik müqavilə imzalanıb. "Lester" 22 yaşlı forvard üçün "Zalsburq"a 30 milyon avro ödəyib. 

Qeyd edək ki, 2017-ci ildən bəri "Zalsburq"un formasını geyinən Patson Daka 125 oyuna çıxıb, 68 qol vurub. O, ötən mövsüm Avstriya çempionatında 27 oyuna 28 qola imza atıb və ölkədə ilin futbolçusu seçilib. Daka ilə "Çelsi" və "Liverpul" klubları da yaxından maraqlanırdı.