"Roma" klubunun sabiq baş məşqçisi Paulo Fonseka "Tottenhem"i çalışdırmağa yaxındır.
Offsideplus.az xəbər verir ki, tərəflər bununla bağlı razılığa gəlib. Razılığa əsasən, 48 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Premyer Liqa təmsilçisini hazırda müvəqqəti olaraq Rayan Meyson çalışdırır.