"Mançester Yunayted" klubunda cari mövsümün ən yaxşı futbolçusu bəlli olub.

Offsideplus.az xəbər verir ki, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandeş 1-ci olub.

Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.