İtaliyanın "İnter" klubunun futbolçusu Romelu Lukaku yenidən "Çelsi"də çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, London təmsilçisi yayda yüksək səviyyəli mərkəz hücumçusu ilə müqavilə imzalamaq niyyətindədir.

"Zadəganlar"ın 27 yaşlı forvard prioritetlər arasında Dortmund "Borussiya"nın futbolçusu Erlinq Haalanddan sonra ikinci yerdədir .

"Çelsi" belçikalı oyunçu üçün 100 milyon avrodan çox təklif göndərməyə hazırdır.

Qeyd edək ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"nin şərəfini qoruyub.