Çexiyada ilin ən yaxşı futbolçusunun adına aydınlıq gəlib.
Offsideplus.az xəbər verir ki, bu nominasiyada “Vest Hem”də çıxış edən yarımmüdafiəçi Tomas Souçek hər kəsi qabaqlayıb. İkinci sırada onun komanda yoldaşı Vladimir Çoufal yer alıb. Üçüncü yerdə isə “Herta”dan Vladimir Darida qərarlaşıb.
Qeyd edək ki, 26 yaşlı oyunçu bu mövsüm “Vest Hem”lə İngiltərə Premyer Liqasında 29 oyunda 9 qol vurub.