"Liverpul"un baş məşqçisi Yürqen Klopp mövsümün sonunda komandadan ayrılmaq istəmir.

Offsideplus.az "Sport1"ə istinadən xəbər verir ki, bu barədə 54 yaşlı mütəxəssisin agenti Mark Kositske açıqlama verib.

O, almaniyalı çalışdırıcının Mersisayd təmsilçisi ilə daha 3 illik müqaviləsi olduğunu xatırladıb:

"Klopp getməyəcəm deyibsə, deməli, sözünün üstündə duracaq. Onun "Liverpul"dakı işi başa çatmayıb. Hələ 3 illik müqaviləsi var. Klopp hər hansı bir ehtimalın müzakirə edilmədiyini açıq şəkildə deyib".

Qeyd edək ki,  Kloppun "Liverpul"la 2024-cü ilin yayına qədər müqaviləsi var.