"Napoli"nin oyunçusu Kalidu Kulibali "Liverpul"un hədəfindədir. 

Offsideplus.az xəbər verir ki, bu barədə "Bild" nəşrinin əməkdaşı Kristian Falk məlumat yayıb. O, "qırmızılar"ın transfer dəyəri 54 milyon funt-sterlinq olan müdafiəçi ilə maraqlandığını açıqlayıb. 

Tanınmış jurnalist "Bavariya"nın 29 yaşlı seneqallı üçün təklif göndərmədiyini də qeyd edib.