“Mançester Yunayted” klubunun üç məşqçisində koronavirus infeksiyası aşkarlanıb.
Offsideplus.az xəbər verir ki, “qırmızı şeytanlar”ın əsas komandasının baş məşqçisi Ule Gunnar Sulşerin köməkçilərindən üçündən götürülmüş COVİD-19 testinin pozitiv çıxıb.
Bu səbəbdən onlar 10 günlük karantinə alınıblar. Həmin məşqçilərin adları isə açıqlanmayıb.