"Çelsi" klubunun əsas futbolçuları - Kristian Pulişiç və Hakim Ziyeşi satacağı barədə xəbərlər yayılıb.
Offsideplus.az xəbər verir ki, bu barədə "Daily Star" nəşri məlumat yayıb.
Xəbərdə "zadəganlar"ın yeni transferi Hakim Ziyeş və cinah yarımmüdafiəçisi Kristian Pulişiçin yayda satılacağı qeyd olunur.
Tomas Tuxelin London təmsilçisinin baş məşqçi postuna gətirilməsindən sonra hər iki futbolçu əsas heyətə düşməkdə çətinlik çəkir.
Qeyd edək ki, Ziyeşlə İtaliyanın "Yuventus" və "Milan" klubları yaxından maraqlanır.