"Çelsi" klubunun "Ayaks"dan böyük ümidlərlə transfer etdiyi Hakim Ziyeş komandadan gedə bilər.
Offsideplus.az xarici mətbuata istinadən xəbər verir ki, 27 yaşlı cinah yarımmüdafiəçisinin "Çelsi"dəki çıxışı müzakirə mövzusuna çevrilib.
London təmsilçisində istədiyi oyunu nümayiş etdirə bilməyən mərakeşli futbolçu artıq "Yuventus" klubunun transfer hədəfinə çevrilib.
"Zadəganlar"ın yeni baş məşqçisi Tomas Tuxel Ziyeşi dünən Federasiya Kubokunda (FA) "Barnsli" ilə keçirilən matçda (1:0) 69 dəqiqə oynadıb.
Qeyd edək ki, Ziyeş cari Premyer Liqada "Çelsi" forması ilə 11 oyuna çıxıb ki, bu matçlarda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.