"Tottenhem"in "Çelsi"yə məğlubiyyəti (0:1) Rio Ferdinandı da dilə gətirib.

Offsideplus.az "Daily Mail"ə istinadən xəbər verir ki, "Mançester Yunayted" və İngiltərə millisinin sabiq müdafiəçisi Joze Mourinyonun komandasının ünvanına sərt fikirlər səsləndirib: "Məqsədi, hədəfi olmayan komandanın ifasında maraqsız oyun izlədim. Hansısa fərdi ustalıqdan söhbət gedə bilməz. Keyn yoxdursa, vəssalam, oyun da yoxdur. Özünəinam, xarakter, lider - "Tottenhem"də bunların heç birini görmədim. Komandanı kimsə idarə etməlidir, o adam da yoxdur. Bu səviyyə ilə Çempionlar Liqasına vəsiqəyə iddia etmək absurddur".

Qeyd edək ki, "Tottenhem" son 3 oyunda "Liverpul", "Brayton" və "Çelsi"yə məğlub olub.