"Liverpul" argentinalı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

Offsideplus.az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Yurgen Klopp Rodriqo de Paulu sərəncamında görmək istəyir. "Udineze"nın aparıcı fiqurlarından olan vingerə başqa klublardan da təkliflər var deyə, İtaliya təmsilçisi futbolçusuna fantastik qiymət qoyub - 40 milyon avro. Lakin bu məbləğ ingilisləri qane etmir. Tərəflər danışıqlarda ortaq məxrəcə gələ bilsələr, Rodriqo karyreasını "Liverpul"da davam etdirəcək. 

Qeyd edək ki, 26 yaşlı futbolçu A seriyasının cari mövsümündə 16 matçın iştirakçısı olmaqla 3 qol vurub, 4 qolun ötürməsini verib.