Fransalı hücumçu "Çelsi"ni tərk etməyə hazırlaşır.
Offsideplus.az "Daily Mail"ə istinadla xəbər verir ki, Olivye Jirunun qış "transfer pəncərəsi" dönəmində London təmsilçisindən ayrılacaq. Buna səbəb baş məşqçi Frenk Lempardın 33 yaşlı forvarda güvənməməsidir. Daha çox Temmi Abrahamla Timo Vernerə şans tanıyan Lempardın özü də Jirunun komandanı tərk etməsinə qarşı deyil.
Artıq xeyli vaxtdır iki klub - "İnter"lə "Lion" təcrübəli hücumçunun xidmətində maraqlı olduğunu bildirib. Jiru "Çelsi" ilə yolları rəsmən ayırsa, "elçilər"in sayının artacağı sirr deyil.
Qeyd edək ki, DÇ-2018-in qalibi cari mövsümdə İngiltərə Premyer Liqasında cəmi 9 oyuna çıxmaqla 3 qola imza atıb.