"Tottenhem"in baş məşqçisi Joze Mourinyo "ən yaxşı baş məşqçi" mükafatına Hans Flikin daha çox layiq olduğunu açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Mourinyo Yürqen Kloppun ən yaxşı məşqçi olması ilə razı deyil. "Zavallı Flik", - deyən 57 yaşlı mütəxəssis Hansi Flikin bu mükafata layiq olduğunu qeyd edib:
"Hər şey baş verəndən sonra gözlərimi bərəldib sadəcə dedim: "Nə baş verdi indi?". Məncə, yazıq Flikin mükafatı qazanmasının tək yolu "Bavariya"nın udacağı 3-4 yeni yarış icad etməsidir".