İngiltərə Premyer Liqası nəhəngi oyunçusu Bruno Fernandeş ilə yeni müqavilə imzalamağı planlaşdırır.

Offsideplus.az Mirror-a istinadən xəbər verir ki, hücumameyilli yarımmüdafiəçi ayağından aldığı zədə səbəbindən yaşıl meydanlardan uzaq qalıb. Bu müddət ərzində isə "Mançester Yunayted" dəyərli futbolçusu ilə anlaşmanı yeniləmək istəyir. Yeni müqaviləyə görə, "qırmızı şeytanlar" Fernandeşə həftəyə 200 000 funt-sterlinq təklif edəcəklər. Bu məbləğ 26 yaşlı futbolçunun indi qazandığından 2 dəfə artıqdır.

Qeyd edək ki, bu il "Mançester Yunayted"ə transfer olan Bruno Fernandeş 37 oyuna 22 qol vurub, 14 ötürmə edib.