İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı futbolçusu məlum olub.

Offsideplus.az xəbər verir ki, bu nominasiyanın sahibi "Tottenhem"in cənubi koreyalı hücumçusu Hin Min Son olub.

Qeyd edək ki, 28 yaşlı Cənubi koreyalı oyunçu ötən ayın da oyunçusu seçilmişdi. Son, ümumilikdə 4 dəfə İngiltərə Premyer Liqasında ayın oyunçusu seçilib.