"Liverpul" gələn yay Kalidu Kulibalini transfer etmək fikrindən daşınıb.

Offsideplus.az Daily Star-a istinadən xəbər verir ki, İngiltərə klubu yaşına görə seneqallı futbolçuya pul xərcləmək istəmir. Belə ki, "Napoli" iyun ayında 29 yaşına girən Kulibalinin transfer dəyərini 60 milyon avro civarında qoymuşdu. "Qırmızılar" isə bu məbləğin həddindən artıq çox olduğunu düşünür.

Qeyd edək ki, hazırda oyunçu cəhətdən "Liverpul"un vəziyyəti yaxşı deyil. Vircil Van DeykCo Qomez çox güman ki, bu mövsüm yaşıl meydanlar geri dönə bilməyəcəklər. Baş məşqçi Yürqen Kloppun əlində zədəyə meyilli Coel Matip, Fabinyo, Net Filips kimi bir neçə futbolçu qalıb.