Çempionlar Liqasının qrup mərhələsində "Mançester Siti"yə 3:1 hesabı ilə uduzandan sonra "Portu"nun baş məşqçisi Qvardiola və onun heyəti haqqında açıqlama verib.
Offsideplus.az xəbər verir ki, həmin matç zamanı "Siti"nin 5 oyunçusu sarı vərəqə alıb, Rahim Sterlinqin sinəsinə zərbə ilə kəllə atan Pepe isə qırmızı vərəqə ilə cəzalanmaqdan canını qurtara bilib.
Bu hadisədən sonra Qvardiola bir neçə senzuralı söz işlədib və "Portu"nun baş məşqçisi Serxio Konseysau onun "son dərəcə xoşagəlməz" olduğunu açıqlayıb. Pep Qvardiola isə onun bəlkə də haqlı olduğunu qeyd edib:
"Biz xoşagəlməz olmaq istəməzdik. O inanır ki, biz eləyik, bəlkə də o haqlıdır. Lakin mən belə düşünmürəm. Mən ilk dəqiqədən 90-cı dəqiqəyə qədərki rəftarımızdan tamamilə məmunam. Amma əgər o buna inanırsa, bəlkə də haqlıdır. Görəcəyik...", - deyə ispan mütəxəssis qeyd edib.
Xatırladaq ki, Xosep Qvardiola ötən günlərdə qadın hakimin çiyninə toxunan Serxio Aqueronun da tərəfini saxlamışdı.