"Liverpul"un futbolçusu Corcino Veynaldum Van Deykin zədələnməsindən sonra paltardəyişmə otağının abu-havasından söz açıb.
Offsideplus.az xəbər verir ki, 7-8 aylıq yaşıl meydanlardan uzaq düşməsi ilə nəticələnən zədəyə təkcə Vircil Van Deyk üzülmür. Komanda yoldaşı Corcino Veynaldum "Liverpul"un futbolçularının necə kədərli olmasından danışıb:
"Bu şey baş verməsi həqiqətən də bizim üçün çox çətin idi, hər kəs hələ də buna görə pis hiss edir. Futbolçulardan heç biri yata bilməyib. Bunu qəbul etmək çox çətindir və komanda baş verən hadisə ilə razılaşa bilmir".
Xatırladaq ki, Van Deyk "Everton"la baş tutan matç zamanı dizindən zədələnmişdi.