"Everton"la matç zamanı zədələnən Vircil Van Deyk yerini əvəzləyəcək komanda yoldaşının adını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, "Liverpul"un müdafiəçisinin yerini Fabinyo alacaq. Belə ki, Van Deyk "Çelsi" ilə matçda (2:0) əla performans göstərən braziliyalını yaxşıca tərifləyib. 

Qeyd edək ki, əsasən yarımmüdafiəçi kimi çıxış edən Fabinyo çox vaxt mərkəz müdafiəçisi kimi də oynayıb. 26 yaşlı braziliyalı 2019-cu ilin fevralında "Bavariya"ya qarşı matçda 90 dəqiqə boyu çıxış edərək komandaya əvəzsiz köməyi dəymişdi.