İngiltərə Premyer Liqasında ötən gün baş tutan matçda "Mançester Yunayted" "Tottenhem"ə 6:1 hesabı ilə məğlub olub.
Offsideplus.az SkySports-a istinadən xəbər verir ki, Patris Evra böyük hesablı məğlubiyyətdən sonra keçmiş klubunu tənqid edib. "Qırmızı şeytanlar"ın sabiq futbolçusu klub rəsmilərinin yaxşı silləyə ehtiyacları olduğunu bildirib.
"Futbolçuları tənqid etmək istəmirəm. Mən də bu klubda olmuşam. Lakin bu gecə üçün heç bir bəhanə yoxdur. Onlar bütün "Mançester Yunayted" azarkeşlərini üzüstə buraxdılar".
"Hazırda klubumda nə baş verir? Bu gün baş verənlər nədir? Pozitiv insanam və şiddətə qarşıyam. Amma indi klubdakı bəzi adamları yaxşıca sillələmək lazımdır".