Ceydon Sanço transferini reallaşdıra bilməyən "Mançester Yunayted" alternativ oyunçuları gözdən keçirir.
Offsideplus.az xəbər verir ki, "Qırmızı şeytanlar" "İnter"in xorvatiyalı hücumçusu İvan Perişiç ilə maraqlanır. "Dortmund"un oyunçusu Ceydon Sançodan ümidini kəsən "Mançester Yunayted" onun əvəzinə Perişiçi transfer etmək istəyir.
Xatırladaq ki, "İnter" xorvatiyalını keçən mövsüm "Bavariya" klubuna icarəyə vermişdi. Alman klubu yaxşı performans göstərən Perşiçi birdəfəlik heyətinə qatmağı planlaşdırırdı.



