"Ayaks" klubunun baş icraçı direktoru Edvin van der Sar "qırmızı şeytanlar"ın tərəfdarlarına məktub göndərib.
Offsideplus.az xəbər verir ki, "Ayaks" klubu Donni van de Beekin "Mançester Yunayted"ə transferindən sonra azarkeşlərə xüsusi məktub ünvanlayıb.
Klub adından "Mançester Yunayted"in azarkeşlərinə məktub yazan Van der Sar "Donninin qayğısına yaxşı qalın", - deyə məktubda bildirib.
"Əziz "Mançester Yunayted" azarkeşləri,
Ümid edirəm ki, yaxşısınız. Göründüyü kimi yollarımız bir daha kəsişdi. Bizlərdən biri bu mövsüm sizin sıralara qatılır. Ondan əvvəlki bir çox oyunçular kimi o da lap uşaqlıqdan bizimlə birlikdə idi.
Debüt oyunundan sonra o, aramızdan ən yaxşısına çevrildi. Xüsusilə də son bir neçə mövsüm möhtəşəm idi. Avropa Liqasının finalından tutmuş Çempionlar Liqası ikinciliyinə və Niderland Çempionatında qalib gəlməyimizə kimi.
Parçası olduğu komanda dünyaya göstərdi ki, biz kimlərik və "Ayaks" klubu nəyi təmsil edir. Sizin kimi biz də istedadlı oyunçu yetişdirmək və gənc oyunçulara yüksək səviyyədə şans vermək ilə fəxr edirik. Yeni ulduz oyunçunuzun bu qürurun təcəssümü olduğunu deyə bilərik.
Getməyini istəmədiyimizi səbəblərdən biri də bunlardır, amma onun üçün yola düşmək zamanı gəldiyini başa düşürük. Xəyallar qurmaq. Və bunu sizin teatrınızdan daha yaxşı yerdə həyata keçirə bilməz. İnanın mənə, bunu bilirəm.
Xahiş edirəm, Donninin qayğısına yaxşı qalın, onun xəyallarına çatmasına yardım edin. Gələcəyin dadını çıxarın."
Dear @ManUtd,
— Edwin van der Sar (@vdsar1970) September 3, 2020
Enjoy the Future. ♥️#DreamLikeDonny pic.twitter.com/QVKS3Q0Snk
Class. But we expected nothing less from you, @VdSar1970 ❤️#MUFC
— Manchester United (@ManUtd) September 3, 2020