Yunanıstanda barda baş verən hadisə zamanı tutulan "Mançester Yunayted"in kapitanı Harri Maquayr sərbəst buraxılıb.

Offsideplus.az xəbər verir ki, İngiltərə millisinin üzvü maraqlarını təmsil edəcək vəkil təyin etdiyi üçün ölkəsinə qayıda biləcək. İş üzrə məhkəmə prosesi avqustun 25-nə ertələnib.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi və iki dostu Yunanıstanın Mikonose şəhərindəki barda digər ingilislərlə mübahisə edib. Əraziyə gələn polislərə də müqavimət göstərən futbolçu həbs edilib.