"Arsenal" klubunun türk əsilli futbolçusu Məsut Özil komandadakı gələcəyi ilə bağlı qərarını verib.
Offsideplus.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi müqaviləsi 2021-ci ilin yayında başa çatdıqdan sonra Premyer Liqa təmsilçisini tərk edəcək. Onun bu qərarını dostlarına bildirdiyi vurğulanıb.
Özilin karyerasını Türkiyə və ya ABŞ-da davam etdirməyi nəzərdən keçirdiyi iddia edilir.