"Liverpul" klubunun əsas transfer hədəfi olan Ceydon Sanço ilə bağlı yeni xəbər yayılıb.

Offsideplus.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Mersisayd təmsilçisinin baş məşqçisi Yurgen Klopp gənc ulduzla bağlı qısa açıqlama verib.

53 yaşlı mütəxəssis 20 yaşlı vinqerə "Liverpul" formasının çox yaraşacağını bildirib.

"Sanço qırmızı formada əla görünəcək"

Qeyd edək ki, hazırda Dortmund "Borussiya"sında çıxış edən ingilis futbolçunun transfer dəyəri 100 milyon funt sterlinq təşkil edir. Onunla həmçinin, "Mançester Siti" və "Çelsi" klublarının maraqlandığı da iddia edilir.