İngiltərənin "Mançester Yunayted" və "Stok Siti" komandaları arasındakı yoldaşlıq görüşü oyunun startına bir neçə dəqiqə qalmış təxirə salınıb.
Offsideplus.az xəbər verir ki, "Stok Siti"nin baş məşqçisi Maykl ONilə koronavirus diaqnozunun qoyulması səbəb olub.
Matç iyunun 9-da "Mançester Yunayted"in Karrinqtondakı bazasında keçirilməli idi. "Mankunianlar" oyunöncəsi məşqlərə başlasalar da, ONilin yoluxduğu bilinən kimi dərhal meydanı tərk ediblər.
Qeyd edək ki, İngiltərə Premyer Liqasının iyunun 17-də bərpa olunması nəzərdə tutulub. "Mançester Yunayted" 29 oyundan 45 xalla 5-cidir. "Stok Siti" isə Çempionşipdə çıxış edir.