İngiltərəli məşqçi Harri Rednapp klub sahibi olmaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis ölkə mediasına açıqlamasında deyib.

73 yaşlı məşqçi pandemiyadan sonra klub almaq istədiyini vurğulayıb:

"Daha aşağı səviyyədə, birinci və ya ikinci liqadan olan, amma potensiallı bir komanda istəyirəm. Həmçinin, liqadan xəbərdar olan bir məşqçiyə də ehtiyacımız olacaq".