İngiltərədə daha bir klubun stadionu koronavirusla mübarizə üçün istifadə olunacaq.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Brayton”un ev oyunlarını keçirdiyi arena qapılarını bu məqsədlə açıb.
Sözügedən arena koronavirus test mərkəzinə çevrilib. Bu stadionda gündəlik 1000 nəfərin testdən keçirilməsi üçün şəraitin yaradıldığı diqqətə çatdırılıb.