Renat Dadaşov yenidən "Vulverhempton"dan ayrıla bilər.
Offsideplus.az xəbər verir ki, Premyer Liqa klubu Azərbaycan millisinin üzvünü icarəyə göndərmək niyyətindədir.
Rəhbərlik heç cür əsas komandaya yüksələ bilməyən 21 yaşlı oyunçuya başqa klubda özünü inkişaf etdirmək şansı yaratmağı düşünür. "Vulverhempton" Renatı mövsümün sonunda başqa klubu kirayə olaraq göndərmək istəyir.
Qeyd edək ki, Renat Dadaşov ötən ilin ikinci 6 ayını icarə əsasında "Pakuş Fereyra"da keçirib.