"Mançester Siti"nin belçikalı futbolçusu Kevin De Brüyne koronavirusa görə, yaranan fasilədən danışıb.
Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu uzun müddət karantində qalacaqlarından gileylənib və virusun yaxın günlərdə yox olacağını eşitsə belə, adaptasiya dövrünün uzun çəkəcəyini bildirib:
"Mənim yenidən oyunlara nə zaman başlayacağımız ilə bağlı bir fikrim yoxdur. Normalda futbol dövründə zədələndiyimiz zaman, 3-4 həftəlik müddətə sıradan çıxanda belə o dövr bizim üçün çox uzun görünür. Artıq 6 həftədir futbol yoxdur. Hətta, normalda futbola qayıtdıqdan sonra, yenidən forma düşmək üçün bir neçə həftə vaxt lazım olur. Məncə, qərar verilsə ki, yaxın günlərdə oyunlar başlayacaq, inanın ki, futbolçular bir neçə oyun oynayıb zədələnməyə başlayacaqlar. Buna bədən dözməz."