İngiltərənin köklü klublarından olan "Nyukasl Yunayted" Səudiyyə ərəbistanlı iş adamı tərəfindən satın alınır.

Offsideplus.az xəbər verir ki, Yasir Əl-Rumayyana Premyer Liqa klubu üçün 380 milyon avroya satılır. Forbes danışıqların son mərhələdə olduğunu iddia edib.

Əl-Rumayyan klubun hissələrinin klubun 80 faizinin sahibi Mayk Eşlidən 365 milyon dollar qarşılığında alır. 

"Forbes"in ən dəyərli klublar sırasında 318 milyon dollarla 20-ci olan "Nyukasl Yunayted" uzun müddətdir yaxşı çıxış etmir.

Səudiyyə ərəbistanlı iş adamının klubun baş məşqçi postuna "Yuventus"dan ayrıldıqdan sonra işsiz olan Massimiliano Alleqrini gətirəcəyi gözlənilir.