"Liverpul"un sabiq üzvü Qari Lineker Premyer Liqanın davam etdirilməsinin tərəfdarıdır.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmaların iyulda keçirilə biləcəyini bildirib:
"Düşünürəm ki, bu mövsüm ideal şəkildə oynanılmalıdır. Ancaq mövcud vəziyyət dəyişkəndir Hər şeydən daha vacibdir ki, koronavirus pandemiyasının azalmasının gözləməkdir. Çempionat iyunda davam edə bilər. Yəqin ki, vəziyyət nəzərə çarpacaq dərəcədə sakitləşəcəkdir. Tamaşaçısız matçların olub-olmamasının əhəmiyyəti yoxdur. Bu tam futbol deyil, ancaq çempionatın tamamlanmasına kömək edəcəkdir. Bu, "Liverpul"u həqiqətən sevməyən bəzi azarkeşlərdən başqa hər kəsin istədiyi şeydir. Düşünürəm ki, ən ədalətli qərar budur".