İngiltərə Premyer Liqasında komandaların sayı artırıla bilər.

Offsideplus.az xəbər verir ki, koronavirusa görə çempionatın ümumiyyətlə dayandırılması gündəmdədir. Belə olacağı təqdirdə, Premyer Liqanın qalibi "Liverpul" elan olunacaq. Çempionatı isə heç bir klub tərk etməyəcək. Çempionşipdə qərarlaşan ilk 2 komanda isə Premyer Liqaya birbaşa vəsiqə qazanacaq. 

22 komandalıq çempionat cəmi 1 il davam edəcək. 2020-2021 mövsümünün sonun 4 klub Premyer Liqanın tərk edəcək. 

İngiltərə mediasının məlumatına görə, bu təklifi hələ ki, 18 komanda dəstəkləyib.