“Çelsi” klubu İngiltərə FA Kubokunun 1/8 final mərhələsi çərçivəsində dünən “Liverpul”u məğlub edib - 2:0.
Offsideplus.az xəbər verir ki, həmin oyun “zadəganlar”ın ispaniyalı futbolçusu Pedro Rodriqes üçün əlamətdar olub. Belə ki, “Liverpul”la oyuna start heyətdə meydana çıxan Pedro, “Çelsi”də 200-cü görüşünü keçirib.
Qeyd edək ki, 2015-ci ildən “Çelsi”də forma geyinən hücumçunun müqaviləsi mövsümün sonuna qədərdir.