"Mançester Siti" klubunun əsas futbolçularından olan Rahem Sterlinq maraqlı açıqlaması ilə diqqətləri çəkib.

Offsideplus.az "AS" nəşrinə istinadən xəbər verir ki, 25 yaşlı hücumameyilli yarımmüdafiəçi "şəhərlilər"i tərk edə bilər. Gələn həftə Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində Madrid "Real"ı ilə qarşılaşmadan öncə Sterlinq rəqib kluba keçidi ilə bağlı danışıb. Belə ki, son günlər UEFA tərəfindən "Mançester Siti"yə verilən iki illik ÇL-dən uzaqlaşdırılma cəzasına görə, Sterlinqin komandasını tərk edəcəyi və "kral klubu"na transfer olunacağı barədə xəbərlər yayılmışdı. İngiltərə millisinin üzvü jurnalistlərin ona "Real"a transfer olunmağınızla bağlı yayılan xəbərlər barədə nə deyə bilərsiniz?" sualına təbəssümlə belə cavab verib:

"Kameraları söndürmüsünüz? Yoxsa ancaq fotoqraflar işləyir. "Real" möhtəşəm bir klubdur. Hər kəsin arzusu bu komandada oynamaqdır. Qarşıda nələr olacağını bilmək olmaz, bəlkə də transfer edildim"

Qeyd edək ki, Sterlinqin hazırda "Mançester Siti" ilə olan müqaviləsi 2021-ci ilin sentyabrına qədərdir.