"Liverpul" klubu Dortmund "Borussiya"sının gənc ulduzu Ceydon Sanço üçün transfer səylərini artırıb.

Offsideplus.az "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, "mersisaydlılar" 19 yaşlı ingilis hücumameyilli yarımmüdafiəçini bu yay baş tutacaq transfer pəncərəsi dövründə heyətinə qatmaqda israrlıdır. Baş məşqçi Yurqen Klopp Sançonun çıxışına heyran olduğunu və onu öz sərəncamında görmək istədiyini bildirib.

"Borussiya" klubu dünən futbolçusu üçün ancaq 120 milyon avro civarında təklif olacağı təqdirdə bunu dəyərləndirəcəyini bəyan edib.

Qeyd edək ki, sözügedən futbolçu ilə İngiltərənin digər klubu "Çelsi" də yaxından maraqlanır. "Zadəganlar" Hakim Ziyeşin transferini həll edib və bütün diqqəti Sançoya yönəldib.