“Tottenhem”in baş məşqçisi Joze Mourinyo komandanın müdafiəçisi Denni Rouz ilə problem yaşayıb.

Offsideplus.az "Daily Mail"ə istindla xəbər verir ki, Mourinyo “Uotford” matçında  (0-0) oyunçunun adını iştirak ərizəsinə daxil etməyib. Deni Rouz portuqaliyalı mütəxssisdən onu niyə oynatmadığını soruşub. Tərəflər arasında söz davası olub. Digər oyunçular da komanda yoldaşlarının bu cür davranmasına narazılıqlarını bildiriblər.

Qeyd edək ki, Mourinyo "Mançester Yunayted"də Pol Poqba ilə oxşar problem yaşamışdı.